Baş Nazir Sevinc Əliyevanı direktor təyin etdi

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə direktor təyin olunub.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə filologiya elmləri doktoru, professor Sevinc Novruz qızı Əliyeva təyin edilib.

Qeyd edək ki, S.Əliyeva daha əvvəl AMEA-nın Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Baş Nazirin imzaladığı digər sərəncama əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası tərkibi də təsdiqlənib.