Baş nazir TANAP layihəsindən danışdı

“Azərbaycan indiyə qədər enerji sahəsində uğurlu layihələr həyata keçirib. Bunun davamı olaraq Trans Anadoluq Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Qaz Boru Kəməri (TAP) layihələri də uğurla reallaşdırılır”.

 

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Novruz Məmmədov CAMCA (Central Asia, Mongolua, Caucasus and Afganistan) Regional Forumunda deyib.

“Düşünürəm ki, bu lahiyələrə daha da güclük dəstək vermək olardı. Amma təəssüf ki, bəzi böyük məqsədlər kiçik hislərə qurban verilir”, – deyə hökumət başçısı əlavə edib.

“Azərbaycan dünyanın ən mürəkkəb regionlarından birində yerləşir. Azərbaycan həm insan resursları, həm də təbii sərvətlər baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycan son illərdə Qərbə daha sıx bağlanmaq, əməkdaşlıq etmək yolunu seçib. Baxmayaraq ki, biz o qədər də güclü siyasi dəstək görmürük, bu istiqamətdə böyük işlər görürük” – o qeyd edib.

Novruz Məmmədovun sözlərinə görə, Azərbaycanda həm də dinlərarası anlaşma üçün böyük addımlar atılıb:  “Bunlara baxmayaraq, Qərb mətbuatında Azərbaycanda olan hər bir kiçik problemi şişirtməyə çalışırlar. Lakin 25 il ərzində azərbaycanlı qaçqınları haqqında bir dənə də olsun fundamental yazı olmayıb”.

 

 

Orxan