Baş nazirdən yeni qərar

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti ilə bağlı bəzi məsələlər və Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilir.

Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Turizm Agentliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

 

 

Orxan