Baş naziri istefa verdi

42

 

İtaliyanın baş naziri Enriko Letta istefa verdiyini açıqlayıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı AFP agentliyi yayıb. Baş nazir Enriko Lettanın istefaya getməsini 136 nəfər, vəzifəsində qalmasını isə 16 nəfər dəstəkləyib.

Lettanın lehinə səs verən Demokrat partiyasının üzvləri partiyanın iclasını tərk ediblər. İtaliya Demokratik partiyasının lideri Matteo Rençi isə təcili surətdə yeni hökumətin yaradılmasını təklif edib.

Xatırladaq ki, Enriko Letta 1966-cı ildə Pisa şəhərində anadan olub. O, Pisa universitetini bitirib. Lettanın əmisi Gianni Letta eks baş nazir Silvio Berluskoninin köməkçilərindən biri olub.
Enriko Letta 2013-cü ildə keçirilən seçkilərdən sonra aprel ayının 24-də İtaliya prezidenti Giorgio Napolitano tərəfindən yeni hökuməti qurub.