Baş nazirin qızı ana oldu

 

81

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dədə olub. Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, Bilal və Reyyan Ərdoğanın körpəsinə Əli Tahir adı verilib.

 

Körpə İstanbulda Bağçılar səmtindəki «Medipol Mega» xəstəxanasında dünyaya gəlib.

3,210 kq çəkisi olan bəbəyin anasının sağlıq durumunun yaxşı olduğu bildirilib.

 

Xatırladaq ki, Türkiyə hökumətinin başçısı bir neçə gün öncə nəvəsinin adlarından birinin Əli Tahir olacağını söyləmişdi.