Baş prokuror cəbhədə-Fotolar

kam 2

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Baş prokuror Kamran Əliyev, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

XALQ.AZ xəbər verir ki, əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib. Müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşlərdə döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Hərbi qulluqçularla görüşlər zamanı Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb. K.Əliyev hərbi xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edib.

Baş Prokurorla Hərbi Prokuror cəbhəboyu zonada


 

4a5dc03f16831d3d6f0b919da06d6f7b
73e5fc26f0c38c35a5e9c7241566ab43
6143ca31553373df7829bbe0482ca2aa
7089fa5bf33ed758b17b1d157e92efba
58552b7e37b55e9a9fafb274d03cca21
a832ced90eaafe81ba0b5c0b780851bb
efdc089953d9a3be3520104ad92dcd05