Baş prokuror: “Ermənilər hərbi cinayət törədirlər”

kamr

Ermənistan vətəndaşları başqa ölkə əhalisinə qarşı hücumlar edir.

XALQ.AZ-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki,1994-cü ildən bu günə qədər Azərbaycan vətəndaşlarına qarşı təxribat törədənlər sırasında Ermənistan vətəndaşları olan ermənilər də var: “Bu da onu göstərir ki, Ermənistan vətəndaşları başqa ölkə əhalisinə qarşı hücumlar edir. Bununla da onlar Azərbaycan əhalisinin həyatına təhlükələr yaradıb”. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində törətdiyi təxribatlarla həm də hərbi cinayət törədilib.

O bildirib ki, hazırda bununla bağlı Respublika Hərbi Prokurorluğunda 5 cinayət işi başlanıb. Hazırda hər 5 faktla bağlı cinayət işinin istintaqı davam etdirilir.