Baş prokuror köməkçi təyin etdi

Mingəçevir və Sumqayıt şəhərlərinin sabiq prokuroru Dağlar Zeynalova vəzifə verilib.
Bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Dağlar Zeynalovun prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı nəzərə alınıb və Baş Prokurorun əmri ilə Baş Prokurorun xüsusi məsələlər üzrə köməkçisi təyin edilib.
Xəbəri Baş Prokurorluğun mətbuat xidmətindən təsdiq ediblər.