Baş prokuror tapşırıq verdi

Sumqayıt Şəhər Prokurorluğunun yeni inşa olunmuş inzibati binası istifadəyə verilib. Binanın açılış mərasimində Baş prokuror Zakir Qaralov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

XALQ.AZ xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları yeni inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Daha sonra Baş prokuror Zakir Qaralov məlumat verərək bildirib ki, 4 mərtəbədən ibarət binanın foyesində ulu öndər Heydər Əliyevin və dövlətimizin prokurorluq orqanlarına qayğısını əks etdirən fotogüşə yaradılıb, müasir standartlara uyğun tikilmiş inzibati bina bütün zəruri avadanlıq, kompyuter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

Baş prokuror, həmçinin qeyd edib ki, son illər prokurorluq orqanlarında sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülüb, dövlətçilik, qanunçuluq prinsipləri önə çəkilib. Nəticədə prokurorluğa ictimai etimad artıb, onun nüfuzu daha da yüksəlib.

Prokurorluq orqanlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışan Baş prokuror son illər ölkəmizdə hüquq quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb, demokratik cəmiyyətdə prokurorluğun rolunun artmasının vacibliyini vurğulayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prokurorluq orqanlarının əməkdaşlarını Azərbaycan Prokurorluğunun yaradılmasının 100-cü ildönümü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Z.Fərəcov Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirib.

Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğıdan söz açan Sumqayıt şəhər prokuroru Sərdar İmanov şəhər prokurorluğu üçün tikilən yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Sonra mərasim iştirakçıları Sumqayıt Şəhər Prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olublar.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.