Baş Prokurorluğun əməkdaşı vətəndaşların suallarını cavablandırdı

1feaf961 80dd 34cc 9329 2cefb4a7acec 321

Xəbər verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır. 

Bu barədə XALQ.AZ-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətlə bağlı “prokurorluq orqanlarına müraciət etmək üçün hər hansı əlaqə vasitəsi mövcuddurmu?”, “vətəndaşlar prokurorluq orqanlarına hansı qaydada müraciət edə bilər?”, “hazırda Baş Prokurorluqda vətəndaşların qəbulu hansı qaydada həyata keçirilir?” suallarını cavablandırıb. 

Təqdim olunan videonu izləməklə həmin sualların cavablarını öyrənə bilərsiniz.

XALQ.AZ