Baş Prokurorluq Əfqan Sadıqovla bağlı məlumat yaydı

Baş Prokurorluq “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumata münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov XALQ.AZ-a açıqlamasında bildirib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb:

“İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

Təfərrüat barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”