Baş Prokurorluq saxta videolarla bağlı araşdırmalara başladı

Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən Инфотека24 və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davrandığını əks etdirən videogörüntülər yayılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətindən XALQ.AZ-a bildirilib ki, ilkin əlamətlərə görə həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb:

“Hazırda bununla bağlı tərəfimizdən araşdırma aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.