Baş Prokurorluq vətəndaşların suallarını cavablandırdı

prokurorluq bash

Xəbər verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətlə bağlı “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror təsir tədbirləri nədən ibarətdir?”, “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokurorun protest vermək hüququ varmı?”, “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokurora şikayət verilə bilərmi?” suallarını cavablandırıb.

Təqdim olunmuş videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.