Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

Kollegiya iclasında baş prokuror hesabat məruzəsi ilə çıxış edəcək.

XALQ.AZ xəbər verir ki, Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir.

Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə keçirilən kollegiya iclası prokurorluq orqanları tərəfindən 2018-ci ildə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Kollegiya iclasında baş prokuror Zakir Qaralov hesabat məruzəsi ilə çıxış edəcək.

 

Orxan