Baş prokurorunun keçmiş müavini həbs edilib

25

 

Tiflis məhkəməsi Gürcüstanın baş prokurorunun keçmiş müavini David Çxataraşvilinin Qldansk həbsxanasında məhkumlara işgəncə verilməsi işi üzrə həbsinə qərar verib.

Publika.az RİA “Novosti”yə istinadən vediyi məlumata görə, baş prokurorun keçmiş müavini barəsində həbs-qətimkan tədbiri seçilib.

Məhkəmə ittiham olunanın girov müqabilində azadlığa buraxılması və ya başqa qətimkan tədbirinin seçilməsi barədə vəsatətini rədd edib.

İlk məhkəmə gələn il yanvarın 27-inə təyin edilib.