Baş redaktorlar Rauf Arifoğlunun seçki qərargahını ziyarət etdilər – FOTO

35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun seçki qərargahını ziyarət edənlərin sıraları genişlənir.

XALQ.AZ xəbər verir ki, bu gün bakutime.az saytının baş redaktoru Zaur Mirzəzadə və pravda.az saytının rəhbəri İlkin Pirəli seçki qərargahına gələrək, R.Arifoğlunu namizədliyinin qeydə alınması münasibətilə təbrik ediblər və onunla seçki mühiti barədə müzakirə aparıblar. Tanınmış media nümayəndələri müzakirə zamanı medianın parlament seçkiləri zamanı rolu, tutduğu mövqe və namizədlərlə bağlı təbliğat kampaniyasının detalları barədə danışıblar. Onlar baş redaktora uğurlar arzulamaqla yanaşı, kampaniya dönəmində dəstək verəcəklərini də bildiriblər.

XALQ.AZ