Baş toksikoloq kriz keçirdi – Təcili xaricə göndərildi

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov səhhətində ciddi problem yaranıb.

XALQ.AZ “unikal.org”a istinadən xəbər verir ki, baş toksikoloq hipertonik kriz (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) keçirib.

Bu səbəbdən də A.Maqsudov bülletenə çıxıb.

Toksikologiya şöbəsinin baş həkimi müalicə almaq üçün xarici ölkələrdən birinə gedib.

XALQ.AZ