Başçıya 1-ci müavin təyin olundu

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevə birinci müavin təyin olunub.

XALQ.AZ xəbər verir ki, bu vəzifəyə Fizuli Adil oğlu Kərimli gətirilib.

Qeyd edək ki, bundan öncə Ağsu Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsini Rasim Novruzov icra edirdi. O, ötən ilin dekabr ayında səhhəti ilə bağlı vəzifəsindən azad olunması xahişi ilə müraciət edib və vəzifədən azad edilib.