“Bavariya” Londonda yenə “Arsenal”a qalib gəldi

Futbol

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam edir.
ANS PRESS-in məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib.

Çempionlar Liqasının son qalibi “Bavariya” səfərdə “Arsenal”ın qonağı olub. Ötən mövsüm dördəbir finalda üz-üzə gələn komandaların duelində almanlar qalib gəlib.

İtaliyanın “Milan” klubu isə doğma meydanda “Atletiko” Madridi qonaq edib. İspan klubu bu oyunda minimal hesablı qələbəyə sevinib.

19 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)- 0:2
Qollar: Kroos, 54 (0:1), Müller, 88 (0:2)
Qırmızı vərəqə: Şesni, 37 (“Arsenal”)

23:45. “Milan” (İtaliya) – “Altetiko” (Madrid, İspaniya) – 0:1