Bayılda yollar niyə bağlanır?- Bu şirkətlərin qanunsuzluğu niyə araşdırılmır

“Sabah Residence”  “Bayıl  Residence” ,”MAHAL” MTK , “DÖNÜŞ-1” MMC şirkətləri  Səbail rayonu, Xanlar Neftçi Qurban  küçəsində tikinti işləri aparır. Günün xüsusilə pik saatlarında betonqarışdıran maşınları yolda saxlayaraq ikitərəfli hərəkəti bağlayırlar. Bu yol günün pik saatlarında Bayıl qəsəbəsindən “Azneft” dairəsində daxil olan bilməyən sürücülər üçün alternativ yoldur. Amma bu şirkətlər son bir ayda günün istənilən vaxtında  betonqarışdıran maşınları burda saxlayaraq yolu bağlayır. Bu şirkətin günahı ucbatından sürücülər tıxacda ara məhəllələr ilə hərəkət etməli olurlar. Bu sürücülərin həm əsəblərini korlayır, həm də onların əlavə xərcə düşməsinə səbəb olur və vaxt itkisi olur. XALQ.AZ-ın əməkdaşı dəfələrlə Səbail rayon Dövlət Yol Polisi Şöbəsinə müraciət edib.  Həmçinin 902 Dövlət Yol polis idarəsinin qaynar xəttinə və 141bBakı Nəqliyyat Agentliyinə, lakin görünən odur ki, heç kim bununla bağlı zəruri tədbirlər görə bilmir. Bu şirkətlər  isə bu özbaşınalığını açıq-aşkar davam etdirir. Hansı ki, yol hərəkəti haqqında qanunun tələblərinə görə, yollar bağlanan zaman aidiyyəti qurumlarla razılaşdırma olmalıdır. Günün pik saatlarında yox, boş vaxtlarda təhlükəsizlik tədbirləri görülməklə həyata keçirilə bilər. Amma “Sabah Residence”  “Bayıl  Residence” ,”MAHAL” MTK , “DÖNÜŞ-1” MMC şirkətləri bütün bunlara əməl etməyərək insanlara ziyan vurmaqda davam edir.

Hətta tikinti şirkəti o qədər özbaşınalıq edir ki, yaxınlıqda 203 ,və 91  saylı məktəb yerləşdiyi halda səhər saatlarında da yolu bağlı saxlayır. Ən biabırçı mənzərə isə odur ki, şirkətin qanunsuz olaraq bağladığı Xanlar küçəsinin alternativi olan  küçəsində də hərəkət məhdudlaşdırılıb. Şirkətin yük maşınları yolun bir tərəfini tamamilə bağlayıblar. Odur ki, avtomobillər bir-birini gözləməklə keçməyə məcbur olurlar. Nəticədə isə Bayıl qəsəbəsində hərəkət tamamilə dayanmış olur.

Qeyd edək ki,Bayılda tikilməkdə olan hündürmərtəbəli binalar “Sabah Residence”    “Bayıl  Residence” ,”MAHAL” MTK ,”DÖNÜŞ-1″ MMC  iş icracıları  belə halları  dəfələrlə günün istənilən saatında yolu bağlayıb avtomobillərin hərəkəti dayandırıb öz  işlərini sərbəst görə bilirlər. Bu haqda aidiyyatı orqanlara dəfələrlə 102, 902 Dövlət Yol Polisinə və 141  Bakı Nəqliyyat Agentliyinə, qaynar xəttinə , Səbail rayon İcra Hakimiyyətinə  müraciət olunsada heç bir tədbir görülmür şirkətlər yolu günün istənilən saatında bağlaya bilirlər və nəticədə böyük tıxac yaranır.

 

"Sabah residence" hər gün yol kəsib sürücülərə zülm edir -

"Sabah residence" hər gün yol kəsib sürücülərə zülm edir -

"Sabah residence" hər gün yol kəsib sürücülərə zülm edir -

"Sabah residence" hər gün yol kəsib sürücülərə zülm edir -

// XALQ.AZ


Comments are closed.