Bayram namazı nə zamandır?

Azərbaycanda bayram namazının vaxtı məlum olub.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova XALQ.AZ-a bildirib ki, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.