Bayram namazının vaxtı bilindi

Bayram

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının bayram namazının qılınacağı tarixi açıqlayıb.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, bu il mübarək Ramazan ayının bayram namazı iyulun 29-da Əjdərbəy məscidində saat 8.00-da, Təzəpir məscidində isə saat 9:00-da qılınacaq.

QMİ bəyan edir ki, iyulun 28-i bayram axşamıdır.

Qeyd edək ki, həmin tarixlər Azərbaycan hökuməti tərəfindən rəsmən bayram günləri elan edilib və qeyri-iş günüdür.

Allah oruc və namazlarınızı qəbul etsin!