Baytarlıq xidmətinin «binyavirus» biznesi

01

Nazir xəstə heyvanların vaksinasiyasından pul qazanmağa başlayıb, bölgə bazarlarında isə ölü heyvan əti satılır

Son dövrlər ölkədə panikaya səbəb olmuş əsas məsələlərdən biri heyvanlar arasında qorxulu virusun yayılmasıdır. Xalq.az xəbər verir ki, indiyə qədər Kənd Təsərrüfatı Nazirliyi ölkədə bu təhlükəli virusa yoluxmuş heyvanların sayını 905 baş göstərib. Lakin fermerlər tamam fərqli rəqəmlər ortaya qoyurlar. Qeyd edək ki, son dövrlər peyda olmuş bu məsələnin pərdəarxası məqamları çox ilgincdir. Belə ki, bu işdə birbaşa kənd təsərrüfatı naziri İsmət Abbasov və nazirliyin Baş Baytarlıq İdarəsinin maraqlarının olduğu deyilir. Məlumatlara görə, bu işdə maraqlı olan tərəflərin əsas hədəfi pul qazanmaqdır. Bunu isə tamam fərqli bir şəkildə həyata keçirirlər. Məlumatlarda vurğulanır ki, Baytarlıq Xidmətinin əliylə həyata keçirilən prosesdə əsas qazanc mənbəyi kimi, virusun qarşısını almaq üçün satılan dərmanlardır. Xalq.az-a verilən məlumatlarda deyilir ki, hal hazırda rayonların Baytarlıq İdarələrinə verilən dərman pereparatlarının sayı məhduddur və bunu qəsdən edirlər. Niyyət süni qiymət artımına nail olmaq və ardından da dərmanlardan əldə olunan gəlirləri artırmaqdır. Elə buna görədir ki, fermerlərə satılan dərmanlar pulsuz olmalı olduğu halda, çox baha qiymətə təklif olunur. Həmçinin o da deyilir ki, rayonlarda xəstəliklə üzləşməmək üçün Baytarlıq İdarələrinə müraciət edən vətəndaşlardan təkcə fermaya gəlmək üçün 25-50 manat pul istənilir. Bu məbləğ ödənildiyi təqdirdə baytarlar fermaya gələrək, heyvanları vaksinasiya edirlər. Bundan əlavə bölgələrdə durum daha dəhşətli şəkil almaqdadır. Xalq.az-a verilən məlumatlarda deyilir ki, hal hazırda yerli Baytarlıq İdarələri xəstə və ölmüş heyvanların ətinin satışa çıxarılmasına belə icazə verirlər. Durum o qədər ağırlaşıb ki, əksər rayonların bazarlarında ölü heyvan ətinin satışı tüğyan edir.

Azərbaycan inkişaf etmiş ölkələr sırasında uğurla addımlayır. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin nəticədir ki,ölkəmizdə bütün qida məhsulları istehsal olunur. Belə ki,paytaxtda və bölgələrdə Sahibkarlığa kömək Milli fondu tərəfindən iş adamlarına ayrılan güzəştli kreditlər sahəsində istehsal müəəsələri yaradılıb və əhalini yüksək keyfiyyətli qida məhsulları ilə təmin edirlər.

Bu güzəştli kreditləşmədən də bölgələrdə fermerlərdə yararlanaraq öz fəaliyyətlərini genişləndirblər.Lakin son günlər iri buynuzlu heyvanlar arasında yayılan binyavurus xəstəliyi geniş yayılıb.Bununla əlaqədar  bölgələrdə Dövlət baytarlıq xidməti əməkdaşları vətəndaşlara kömək etmək məqsədindən sui istifadə edərək öz büdcələrini artırırlar. Xalq.az- bölgələrdən daxil olan məlumatlara əsasən

fermerlər dövlət baytarlıq xidməti əməkdaşlarından imdad diləyirlər.Amma dövlət baytarlıq xidməti əməkdaşları pulsuz heç bir xəstə heyvanı müəlicə etmək fikirləri yoxdur.

 

P.S.Görünür ki,Baytarlıq xidməti əməkdaşları “qaşınmayan yerdən qan çıxarmaqla yanaşı qaz vurub qazan doldurmaq istəyirlər”.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq.

n