BDU dünyanın ən yaxşı universitetləri sırasında

Bakı Dövlət Universiteti (BDU) “QS Quasquarelli Symonds” təqdiqat mərkəzi tərəfindən tərtib edilən “QS World University Rankings”də ən yaxşı universitetlərin reytinqində yer alıb.

XALQ.AZ xəbər verir ki,  BDU 1000 ən yaxşıları özündə birləşdirən builki reytinqdə Azərbaycan Universitetləri arasında yer almış yeganə universitetdir.

Qeyd edək ki, builki reytinqə Massaçusets Texnologiya İnstitutu (MİT) rəhbərlik edir. İlk üçlüyə Stanfard və Harvard Universitetləri daxil olub.