BDU-nun professoru dünyasını dəyişdi

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin kafedra müdiri və universitetin Qazax filalının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əmir oğlu Əfəndiyev rəhmətə gedib.

XALQ.AZ xəbər verir ki, məlumatı universitetin mətbuat xidmətindən veriblər. Professor V.Əfəndiyev 1999-2004-cü illərdə BDU-nun qiyabi və axşam təhsili üzrə prorektor, 2004-2011- ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləyib.

Allah rəhmət eləsin…

 

Orxan