BDU-nun sabiq rektoru dəfn olunub

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov dəfn olunub.

XALQ.AZ xəbər verir ki, bu barədə Firudin Səməndərovun ailəsindən məlumat verilib.

Bildirilib ki, professorla vida mərasimi yaşadığı Nərimanov rayonu Atatürk prospekti 47-i ünvanında keçirilib və “Qurd Qapısı“ adlanan qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, F. Səməndərov ötən gün 80 yaşında vəfat edib. O, 1992-1993-cü illərdə BDU-nun rektoru olub.

F. Səməndərov uzun müddət BDU-nun Cinayət hüququ və Kriminologiya kafedrasının müdiri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

BDU-nun sabiq rektoru dəfn olunub

Orxan