Berti Foqts püşkatma mərasimində iştirak edəcək

Futbol-1

Baş katib və baş məşqçi Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək.

Xalq.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, fevralın 23-də Fransanın Nitsa şəhərindəki “Akropolis” konfrans sarayında 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.

AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts tədbirdə iştirak edəcək.

Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq