Beşqat dünya çempionu Mustafa Əhmədov: “Ali Baş Komandanın əmrin gözləyirəm”

Beşqat dünya çempionu, dördqat Avropa çempionu, ehtiyyatda olan zabit Mustafa Əhmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək könüllü hərbi xidmətə yazılıb.


Bu barədə XALQ.AZ-a beşqat dünya çempionu Mustafa Əhmədov özü məlumat verib. 


O, bildirib ki, Ermənistan və onun arxasında dayanan qüvvələr öz məkrli niyyətlərini davam etdirirlər: “Demək olar ki, diplomatik həll dalana dirənib. Azərbaycan xalqı öz problemini özü həll etməlidir. Son hadisələr də onu bir daha göstərdi ki, Azərbaycan insanı ən kritik anlarda birləşməyə və Vətəni müdafiə etməyə qadirdir. 


Dünya çempionu Mustafa Əhmədov, Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini gözlədiyini deyib:

На изображении может находиться: 3 человека


“Səfərbərlik üçün qeydiyyatdan keçən vətəndaşlar torpaqlarımızı işğaldan azad etmək istəyirlər. Biz də vətəndaş olaraq Vətənin bu günündə əli-qolu bağlı evdə otura bilmərik. Ali Baş Komandanın əmrini gözləyirik. Nəinki gənclər, ortayaşlı nəslin nümayəndələri də torpaqları azad etmək üçün hər an döyüş əmrinə hazırdılar”.

XALQ.AZ