Beylaqanda 1 milyonluq uşaq baxçası

 

18

 

Beyləqan İcra Hakimiyyəti həmin binanın inşası üçün 925416,92 manat pul ayırtdırıb 

Azərbaycanda Bakıda bahalı binaların və ya tikililərin olması hardasa anlaşılan olsa da, bunun əyalətlərdə baş verməsi qəti inandırıcı görünmür. Amma baş verənlərdən belə başa düşülür ki, ölkənin əyalətlərində yeyinti işlərini həyata keçirmək üçün bəzən ağlasığmaz rəqəmlərdən istifadə olunur. Necə ki, bunu Beyləqanda həyata keçiriblər.

Xalq.az xəbər verir ki, Beyləqan rayon İcra Hakimiyyəti bu il uşaq bağçasının tikinti işlərinin satın alınması üçün Gəncə şəhərində yerləşən «Perlit» MMC-yə 925416,92 manat pul ayırıb. Və belə bir bağçanın Beyləqanda tikilməsinin özü şübhəlidir.

Əvvəla, bu qədər vəsaitə qeyd olunan rayonda nəinki bir uşaq bağçası, hətta 10-dan artığını inşa etdirmək mümkündür. İkincisi, 1 milyon manat vəsait heç də kiçik rəqəm hesab olunmamalıdır və bununla bir çox işlərin reallaşdırılması mümkündür. Sual olunur ki, tikiləcək uşaq bağçası nə böyüklükdədir ki, ona bu qədər vəsait lazım olub? Təbii ki, işin içində Beyləqan rayon İcra Hakimiyyətinin maliyyə maraqları olub və həmin vəsaitin də kiçik bir qismi bu işlərə sərf olunub.

Rayondan aldığımız məlumatlarda da vurğulanır ki, Beyləqanda belə bahalı uşaq bağçasının inşaasından xəbərsizdirlər. Ümumiyyətlə, onun harada tikildiyini də bilənlərin sayı demək olar ki, yox dərəcəsindədir. JAM.AZ