Beylaqanda atışma Malik Zalov xəstəxanaya yerləşdirildi

Silah-1

 

Beyləqanda silahlı insident olub.

Beyləqan Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1972-ci il təvəllüdlü Malik Əbdülhüseyn oğlu Zalov həmyerlisi, 1958-ci il təvəllüdlü Nadir Qəzəb oğlu Mirzəyev tərəfindən güllələnib. M. Zalov xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən N. Mirzəyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.