Beylaqanda mənimsəmə

45

 

Beyləqan rayon Suvarma Sisitemləri İdarəsindəki korrupsiya faktları ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub.

Məlumata görə rayonun əsas su idarələrindən biri olan Suvarma Sistemləri İdarəsi sözün əsl mənasında korrupsiya bataqlığında çabalayır. İnformasiya mənbəmiz bildirir ki, Suvarma Sistemləri İdarəsi hər il dövlət büdcəsindən ayrılan yüz minlərlə manat vəsaiti kiçik su kanallarının, drenlərin və nasos stansiyalarının cari təmirləri adı altında silinərək mənimsənilir. Belə ki, son 2 ildə Beyləqan Suvarma Sisitemləri İdarəsinə ayrılan 600 min manatdan çox vəsait məhz tikinti mal matreallarının, elektirik avadanlıqlarının, avtomobil ehtiyyat hissələrinin və digər avadanlıqların alınamsına “xərclənib”. İnfomasiya mənbəmiz bildirir ki, sənədləşdirmələrdə alınan mal matrealların, ehtiyyat hissələrin və cari təmir işlərinin qiymətlərinin bir neçə dəfə şişirdilməsi nəticəsində külli-miqdarda dövlət vəsaiti oğurlanıb. Məlumata görə, Suvarma Sisitemləri İdarəsinin əsas maxiansiya ortaqları rayon Su və Meliorasiya ilə Məzahir Qanboyovun rəhbərlik etdiyi Melioservis İdarələridir. Suvarma Sistemləri İdarəsinin rəhbəri hər il bu iki idarənin əli ilə yüz min manatlarla qazanc əldə edir. Belə ki, Beyləqan rayonunda drenlərin təmizlənməsi ilə məşğul olan Melorasiya İdarəsi faktiki olaraq heç bir iş görmür. Sadəcə gözə kül üfürməkdən ötrü idarənin bir neçə texnikası bəzi kəndlərin ərazisində yerləşən drenləri təmizləyir. Rayon Meliorasiya İdarəsinin gördüyü işləri təhvil alan Suvarma Sistemləri İdarəsinin rəhbərliyi saxtakarlıq edərək il boyu saxta forma 1 yazaraq Nadir Əliyevin idarəsinə yüz min manatlarla vəsait köçürtdürür.

Mənbəmiz bildiri ki, rayon Meliorasiya İdarəsinin müdiri Nadir Əliyev əslində bu vəzifədə formal biridir. Belə ki, Meliorasiay İdarəsinin bütün maliyə maxinasiyalarının və işlərini yönləndirən, həyata keçirən Suvarma Sisitemləri İdarəsinin müdiri Ələmşah Məmmədquliyevdir. Məhz Suvarma Sistemləri İdarəsindən Meliorasiay İdarəsinə köçürülən vəsaitlər hər iki idarə müdiri tərəfindən bölünür. İnformasiya mənbəmiz qeyd edir ki, Ələmşah Məmmədquliyevin ikinci qazanc mənbəyi isə rayon Melioservis İdarəsidir. Məzahir Qanboyovun rəhbərlik etdiyi Melioservis İdarəsinə hər il Suvarma Sisitemləri İdarəsindən külli-miqdarda vəsaitlər transfer olunur. Melioservis İdarəsinə köçürülən vəsaitlər isə kiçik və böyük kanallarda cari təmir, torpaq bəndlərin vurulması və sair işlər adı altında silinərək Məzahir Qanboyovla Ələmşah Məmmədquliyev tərəfindən mənimsənilir. İnformasiya mənbəmiz iddia edir ki, son iki ildə Ələmşah Məmmədquliyevlə böyük maxinasiyalar həyata keçirən Melioservis İdarəsinin müdiri Məzahir Qanboyov qazandığı vəsaitlər hesabına paytaxtda özünə dəbdəbəli ev alıb.

Qeyd edək ki, Beyləqan Suvarma Sistemləri İdarəsi müdirinin Asossasiya maxinasiyaları ilə bağlı redaksiyamıza göndərilən ilginc məlumatları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

Qarçı tərəfində mövqeyini dərc etməyə hazırıq