Beylaqanda üsyan

 

77

Rayon rəhbərliyinin də müdaxilə etdiyi aksiya zor gücü ilə dağıdılsa da, əhalinin yenidən ayağa qalxacağı gözlənilir

Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin yarıtmaz fəaliyyəti sakinləri ayağa qaldırdı.

Belə ki, rayonun Dünyamalılar kəndinin sakinləri Bakı-Beyləqan magistral yolunu bağlayıblar. Xalqxeber.Az-ın hadisə yerində olan əməkdaşları bildirir ki, bu zaman yerli əhali ilə polis arasında ciddi qarşıdurma olub. Rayon rəhbərliyinin də müdaxilə etdiyi aksiya zor gücü ilə dağıdılsa da, əhalinin yenidən ayağa qalxacağı gözlənilir. Aksiyaya səbəb isə Dünyamalılar-Şahsevən kəndləri arasındakı yolun təmiri adı ilə aylarla bərbad halda saxlanılması olub. Belə ki, dövlət başçısı İlham Əliyev tərəfindən bu yolun təmiri üçün 7 milyon manat vəsait ayrılıb. V.Abdullayev isə bu işi yaxın dostu Şükür Məmmədovun “Orion M” MMC şirkətinə verib. Lahiyədə asfaltın qalınlığı 12 sm göstərilsə də, maksimum 5 sm olan asfalt bitmədən dağılmaqdadır. Təmir işlərinin uzanması da kəndləri toz içində qoymuşdur. Əhali bir an öncə bu yolun normal təmir olunmasını və toz-torpaqdan xilas olmağı tələb edirlər.