Beynəlxalq İqtisadiyyat Forumu keçirilir

XXIII Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu öz işinə başlayıb.
Xalq.az-ın apa-ya istinadən məlumatına görə, iki gün davam edəcək forumda 140 ölkədən 12 min nümayəndə iştriak edir.
Forum çərçivəsində 170 işgüzar proqram tədbirləri keçiriləcək. Forumun əsas plenar iclası isə iyulun 7-də baş tutacaq. Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin, BMT baş katibi Antoniu Quterreş və digər dövlət başçılarının iştirakı ilə keçiriləcək plenar iclasın əsas mövzusu “Davamlı inkişaf gündəmini formalaşdırmaq”dır.
XXIII Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev rəhbərlik edir. Forumda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edir.