“Beynəlxalq təşkilatlara sözümüzü deməliyik”

1594882446432 loNiQ7dV

“Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinə inanmırıq”.

XALQ.AZ xəbər verir ki bunu açıqlamasında Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O bildirib ki, həmsədrlərə etimad sıfırdır: “Biz tələb edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri üzərində dəyişiklik edilsin. Əgər həmsədrlər Ermənistana təzyiq etsəydilər, onlar bu qədər vandalizmə, mülki insanların vurulmasına getməzdilər. Bizim ordumuz onlara layiq olduğu cavabı verir. Bütün diaspor təşkilatlarımıza, xarici dilləri bilən insanlarımıza müraciət edirəm. Buradakı insanlar 4 gündür yatmır. Ona görə bizim diaspor təşkilatları bu insanların səsini yaşadıqları ölkələrdə duyurmalıdırlar”.

Q. Paşayeva qeyd edib ki, insanlar bu hala alışdıqları üçün təhlükə gələndə özlərini qorumağı bilirlər: “Artıq 30 ildir bu şəraitdə yaşayırıq. Ermənistanın məqsədi mülki vətəndaşları vurmaq, insanları qoxutmaq, panika yaratmaqdır. Beynəlxalq təşkilatlara sözümüzü deməliyik. Niyə oturublar? Beynəlxalq təşkilatlar insan haqlarından danışırlar. Bəs buradakı insanların haqqı yoxdur? Bəs hanı o bəyanatlar?”.