Beynəlxalq tədbirdə Şuşa şəhidləri yad edildi

“Bu gün Azərbaycanın əzəli və əbədi torpağı olan Şuşanın işğalından 26 il ötür. Şuşa 1992-ci ilin mayın 8-də Ermənistan tərəfindən işğal olunub”.

XALQ.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Milli Məclsin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, Şuşanın ermənilər tərəfindən işğalı nəticəsində 100-lərlə Azərbaycan vətəndaşı həyatını itirib. Ona görə də Şuşada həyatını itirən vətəndaşlarımızı 1 dəqiqəlik sükutla yad edək”.

Şuşada həlak olanlara bir dəqiqəlik sükutla yad edilib.

 

Elgün