Bu ölkədə əlində imkan olan hər kəs, hər bir qurum vətəndaşı soymağa çalışır. Bu, xüsusilə banklara aiddir.
“Azərbaycan Beynəlxalq Bankı”ndan debet kartım var. Bir müddət əvvəl pulsuz olan SMS xəbərdarlıq xidmətini pullu edib, 1 manat aylıq ödəniş təyin etdilər.
Bu gün baxıram ki, həmin xidmət üçün bu dəfə 3 manat çıxıblar.

XALQ.AZ xəbər verir ki, bunu jurnalist Dünya Sakit yazıb. O bildirib ki, heç bir səbəbsiz birdən-birə qiyməti bu qədər qaldırmaq absurddur:

“Zəng vurmuşam, deyirlər, əvvəlcədən xəbərdarlıq edilib sizə. Deyirəm, axı edilsə belə, hansı əsasla 3 dəfə artırmısınız bu xidməti? Deyir, Bankın tariflər şurası qərar verib.
Bax belə… Görün, başqa nələr, hansı yollar var vətəndaşı soymaq üçün, durmayın, soyun, talayın…”.

Gülşən


media-ads728x90

Bənzər xəbərlər