Bibiheybət yolu nə vaxt tam açılacaq?

“Bibiheybət yolunda aparılan təmir-tikinti işləri may ayına kimi yekunlaşdırılacaq”.

XALQ.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda yol kənarında yeni istinad divarı tikilir:

“Bibiheybət yolunun tikintisi zamanı yolun səviyyəsini mövcud yolla bərabərləşdirmək üçün tökmə torpaqlardan istifadə olunub. Tökülmüş torpaqların çökməsinin qarşısını almaq üçün isə istinad divarları çəkilib. Ancaq divarların tikintisində müəyyən xətalar olub. Bundan başqa, həmin zaman yolda 4 hərəkət zolağı olsa da, sonradan istinad divarının möhkəmliyi nəzərə alınmayaraq yol genişlədirib. Zaman keçdikcə divar ona düşən gücü qaldıra bilmədiyindən uçub. Hazırda yeni istinad divarı tikilir və yolun 2 hərəkət zolağı istifadəyə verilib. Planlaşdırılıb ki, bu ilin may ayına kimi işlər yekunlaşdırılacaq və 4 hərəkət zolağı da istifadəyə veriləcək.