Biləsuvarda Heydər Əliyev anıldı (FOTOLAR)

B-2

Biləsuvar  rayonunda  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi və möhtəşəm  “Gül Bayramı” qeyd olundu.

XALQ.AZ xəbər verir ki, 9 may 2014-cü il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyev adına parkda Ulu Öndərin 91 illik yubileyi və möhtəşəm “Gül Bayramı” qeyd olundu.Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak etdilər. Əvvəlcə Ulu öndərin abidəsi ziyarət olundu əziz xatirəsinə tər çiçəklər qoyuldu. Sonra rayonun ümumtəhsil məktəbləri şagirdlərinin və  gənc rəssamlarının müxtəlif növ güllərdən hazırladıqları sərgi nümayiş olundu. Hər bir kompazisiya Ümummilli Liderin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edirdi. Sərgiyə  5 min nəfərə yaxın insan tamaşa etdi. Sərgidən sonra Heydər Əliyev adına parkda respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı keçirildi. Konsertin sonunda möhtəşəm atəşfəşanlıq oldu.

B-1

B-5

B-6

B-7

B-8

B-3

B-10

B-9

B-4

B-11

B-12

B-13

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.