Biləsuvar abadlaşır, inkişaf edir

B-1

Biləsuvar dəyişib, gözəlləşib və inkişaf edir.

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Biləsuvar tutur. Qeyd edək ki, Biləsuvar son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Mahir Quliyevin gərgin əməyinin nəticəsidir. Belə ki, Mahir Quliyev Biləsuvara rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Biləsuvarda görüləcək işlər çoxdur. Həm də biləsuvarlılar üçün görüləcək işlər həddindən artıq çoxdur. Mahir Quliyev əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, bir zamanlar Biləsuvar yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb. Onların sözlərinə görə, indi Biləsuvar rayonu , demək olar ki, hər bir guşəsi öz simasını dəyişir. 5-6 aydan sonra bu şəhərin tanınmaz dərəcədə dəyişəcəyinə əsla şübhə etmirlər. Qeyd edək ki, Mahir Quliyev icra başçısı gələndən sonra bütün dövlət əhəmiyyətli binaların açılışı olub. Bütün parklar yenidən qurulub. Bütün yollar təmir olunub. Sonda onu da bildirək ki, hal hazırda Biləsuvarda yeni layihələrin reallaşdırılmasına, böyük işlərin görülməsinə, yeni-yeni abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə start verilib. Mahir Quliyevin rəhbərliyi altında keçirilən bu işlərin yaxın aylarda özünün bəhrəsini verəcəyi isə şübhə doğurmur.

B-1

B-2

B-3

B-4

B-5

B-6

B-7

B-8