Biləsuvar rayonunda Polis Günü qeyd olundu.

02 iyul 2019-cu il  tarixdə  Biləsuvar  rayonunda Polis Günü qeyd olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin əməkdaşları  iştirak etdi.
Tədbir iştirakçıları  Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Biləsuvar Rayon İcra Hakimiyyətinin təbrik məktubu oxunduqdan sonra  çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev  peşə bayramları münasibəti ilə bütün polis işçilərini təbrik edərək bildirdi ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edərək, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir.Azərbaycan Polisi uzun, tarixi və şərəfli bir yol keçmişdir. Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev cənabları polis işçilərinə diqqət və qayğıkeşliklə yanaşır. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı,onların daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.
Tədbirdə rayon Polis şöbəsinin rəisi Əlyəddin Səfərov çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.