Biləsuvar sakinləri xalqın namizədinə səs verəcəklər

56

 

Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürdüyü cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını yüksək səviyyədə həyata keçirməkdə davam edir. Dünən belə görüşlərdən biri Biləsuvar rayonunun Agalıkənd və Amankənd kəndlərində baş tutdu. Görüşdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəzə Həsənov, Filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin kafedra müdiri Fikrət Cahangirov iştirak edirdilər.

Görüşdə Agalıkənd kənd sakinlərindən Gülnaz Qocayeva və Paşaxan Əliyev qarşıdan gələn seçkilərdə məhz cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.