Biləsuvar seçiciləri İlham Əliyevə “HƏ” deyir

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlhm Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş Biləsuvar rayonu Yuxarı Ağalı və Bağbanlar kəndlərinin seçiciləri ilə keçirildi. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Biləsuvar rayon şöbəsinin təbliğat-təşviqar qrupunun üzvü Əjdər Niftiyev prezidentliyə namizəd Cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış etdi.Natiq qeyd etdi ki, 2003-2018-ci illər ərzində Cənab İlham Əliyevin ölkə Prezidenti kimi gördüyü titanik işlər Azərbaycanın inkişafına çox böyük təkan vermişdir. Belə ki, sürətli və dayanıqlı iqtisadi inkişaf, regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının uğurlu icrası, qeyri-neft məhsullarının istehsalı və ixracının artması, Azərbaycanın kosmik ölkələr sırasına daxil olması, ordumuzun döyüş qabiliyyətinin daha da artırılması çox yüksək səviyyədə həyata keçirilmişdir. Natiq əminliklə bildirdi ki, Biləsuvar rayonunun çoxsaylı Yuxarı Ağalı və Bağbanlar kəndlərinin seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

XALQ,AZ xəbər verir ki, Tədbirdə YAP Mərkəzi Seçki Qərargahı Biləsuvar rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Akif Kazımov çıxış edərək bildirdi ki, 2003-cü ildən keçən müddət ərzindən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, Azərbaycanın dünyada multikultural və tolerant mərkəzə çevrilməsi, beynəlxalq neft və qaz layihələrinin həyata keçirilməsində möhtəşəm rolu barədə seçicilərə ətraflı məlumat verdi. Sosial islahatlar nəticəsində təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində çox böyük uğurlara imza atılmışdır.Natiq bütün Yuxarı Ağalı və Bağbanlar kəndlərinin seçicilərini 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə iştirak edən seçicilərdən Xanağa Nəcəfov, Ağacan Sadıqov,Adilə Vəliyeva çıxış edərək bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərdə ölkə Prezidenti Cənab İlham Əliyevə səs verəcəklər.

 

Elgün