Biləsuvarlılar İlham Əliyevə səs verəcəklər

15

 

Xalq.az xəbər verir ki, Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat-təşviqat qrupunun üzvləri Biləsuvar rayonunun Çinarlı kəndində seçicilərlə görüş keçirdi.YAP Biləsuvar rayon təşkilatının seçki qərargahının üzvlərindən Əjdər Niftiyev, Xalid Rüstəmov, Rafiq Cəfərov və başqaları iştirak etdilər.Görüşdə kənd sakinlərindən müəllim Abbas Əliyev, torpaq mülkiyyəyçisi Tarverdi Həsənov, evdar qadın Tamara Əsədova, təqaüdçü Məmməd Ağayev, Qədir Cavadov Çinarlı kənd seşiciləri adından çıxış edərək bu seçkilərdə onların namizədinin ölkə Prezidenti cənab İlham Əliyev olduğunu və bir nəfər kimi ona səs verəcəklərini bildirdilər.


Comments are closed.