Bilik Günü” Ağdamda təntənə ilə qeyd edildi

8

 

 

Ağdam rayonunun ümumtəhsil məktəblərində yeni dərs ili yüksək əhval-ruhiyyə ilə başlandı.
“Bilik Günü” münasibətilə rayonun bütün məktəblərində təntənəli mərasimlər keçirildi.
Cəbhə xəttində yerləşən Qaradağlı kənd tam orta məktəbində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov, Milli Məclisin deputatları Elman Məmmədov və Bəxtiyar Sadıqov müəllim və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, ölkədə və rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışdılar.
Məlumat verildi ki, hazırda Quzanlı qəsəbəsində istedadlar liseyi və Əfətli kənd tam orta məktəbi üçün binaların tikintisi davam edir. Yeni dərs ili ərəfəsində V-VII siniflərində dərs deyəcək və indiyədək təlimlərdən keçməyən fənn müəllimləri kurikulum kurslarına cəlb olunub, məktəblərə yeni inventar, avadanlıq, dərslik və metodiki vəsaitlər verilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş məktəbli formaları və Heydər Əliyev Fondunun birinci siniflərdə oxuyacaq uşaqlara hədiyyəsi olan məktəbli çantası və yazı ləvazimatları məktəblilərə çatdırılıb.
Həmin gün Həsənxanlı və Hacıməmmədli kənd tam orta məktəblərinin hər biri üçün inşa edilən 120 şagird yerlik binalar da istifadə verildi.
Bu münasibətlə keçirilən tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və şagirdlər yeni təhsil ocaqlarının istifadəyə verilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söylədilər.
Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış oldular. Məktəb binaları lazımi avadanlıqla, istilik sistemi və su ilə təmin olunub, həyətdə geniş abadlıq işləri aparılıb.bildirdilər.