Bill Qeyts “Maykrosoft”u tərk etdi

Bill Qeyts “Maykrosoft” şirkətinin direktorlar şurasından istefa vermək qərarına gəlib.

XALQ.AZ xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb.

Məlumata görə, Qeyts direktorlar şurasından getsə də, şirkətdə baş direktor Nadellanın müşaviri olaraq çalışacaq.

Milyarderin bundan sonrakı fəaliyyətində xeyriyyəçiliyə, qlobal səhiyyənin və təhsilin inkişafına, iqlim dəyişikliklərinə böyük diqqət ayıracağı vurğulanıb.