Binəli Yıldırım: “Türkiyə və Azərbaycan iki dost və qardaş ölkələrdir”

Türkiyə parlamentinin sədri Binəli Yıldırım Azərbaycana səfər edib.

 

XALQ.AZ  xəbər verir ki, Binəli Yıldırım Bakının Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamalar verib:

“Azərbaycan və Türkiyə regional və beynəlxalq arenada birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrdir”.

Parlament sədri Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu bir daha qeyd edib:

“Biz regional məsələlərin həllində və beynəlxalq aləmdə birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrik. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafına təkan verəcək. Azərbaycan kimi gözəl ölkəyə gəlişimdən məmnunluq hissi keçirir, bütün Azərbaycan xalqını ürəkdən salamlayıram”.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti dünən Azərbaycana səfərə gəlib. Binəli Yıldırım səfər çərçivəsində dövlət rəsmiləri ilə görüşəcək, iki ölkə arasında olan mövcud münasibətləri müzakirə edəcək.

 

 

Orxan