Binəli Yıldırımın İmamoğluya hədiyyəsi

Ötən axşam Türkiyədə İstanbul bələdiyyə sədrliyinə namizədlər – Binəli Yıldırım və Əkrəm İmamoğlu canlı debata çıxıblar.
XALQ.AZ xəbər verir ki, İsmayıl Küçükkayanın aparıcılıq etdiyi debatda müxalifətin namizədi hakim partiyanın namizədinə maraqlı hədiyyə verib.
Belə ki, Binəli Yıldırımı Atalar günü münasibəti ilə təbrik edən İmamoğlu ona üzərində Atatürkün imzası olan qələm hədiyyə edib.
“Binəli Yıldırımın Atalar gününü təbrik edirəm. İkimiz də 2 oğlan, 1 qız atasıyıq. Bu hədiyyəni Yıldırıma vermək istəyirəm”, deyə İmamoğlu bildirib.