Binəli Yıldırımla xanımı koronavirusa yoluxdu

Türkiyənin sabiq Baş Naziri Binəli Yıldırım və həyat yoldaşı Semiha Yıldırımın koronavirus test nəticələri pozitiv çıxıb.

XALQ.AZ xəbər verir ki, bu barədə türkiyəli siyasətçi sosial media hesabında məlumat verib:

“Bu səhər narahatlığımız səbəbindən Semiha xanımla Ankara Şəhər Xəstəxanasına müraciət etdik. Müayinələr nəticəsində COVID-19 testimizin nəticəsi pozitiv oldu”.