Binali Yıldırım Azərbaycana gələcək

Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Binali Yıldırım Azərbaycana səfər edəcək.

XALQ.AZ xəbər verir ki, bu barədə Trend Türkiyə parlamentinə istinadən məlumat yayıb.

Səfərin ikigünlük olacağı bildirilir.

Bu ziyarət B.Yıldırımın parlament sədri kimi Azərbaycana ilk səfəri olacaq.

Xatırladaq ki, bundan əvvəl Baş nazir vəzifəsində çalışan B.Yıldırım cari il iyulun 12-də parlamentin sədri seçilib.

Səfər zamanı spiker Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

 

 

Orxan