Binə bazarından çirkli su birbaşa dənizə axıdılır?
Tullantı suları təmizlənmədən birbaşa dənizə axıdılır.
XALQ.AZ xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu görüntülər narazılığa səbəb olub.
Kadrlardan da göründüyü kimi iri boru vasitəsilə çirkli su birbaşa dənizə tökülür.
Yaxınlıqda yerləşən “Sədərək” Ticarət Mərkəzindən iddiaları qəbul etmədiklərini, mərkəzin özünə aid su təmizləyici qurğuları olduğunu bildirdilər və dedilər ki, həmin qurğular vasitəsilə tullantı suları texniki hala gətirilərək yaşıllaşdırmada istifadə edilir.
“Binə” Ticarət Mərkəzindən isə sorğumuza cavab ala bilmədik.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində bildirilib ki, sözügedən ərazidəki boru Azərbaycan dövlət su ehtiyatları agentliyinin balansındakı nasosxanaya aiddir. Faktla bağlı akt və protokol tərtib edilərək İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin hüquqi şəxs qismində 12500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Mətbuat xidmətindən o da bildirldi ki, Lökbatan hövzəsi üzrə təmizləyici qurğunun və magistral kanalizasiya kollektorunun inşası işlərinə başlanılması üçün hazırlıq görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.